Bakı Sağlamlıq Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi.

Bakı Sağlamlıq Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov açılış nitqi ilə çıxış edərək 28 May Müstəqillik gününün hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu olduğunu deyərək, onun tarixindən danışıb. Qeyd edib ki, 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ açılmış, ölkənin yüksəlişi üçün əhəmiyyətli işlər görülmüşdür. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan Respublikası öz müstəqilliyini, suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi. Xalqımız ötən əsrin əvvəllərində vətənpərvər oğullarımızın apardığı mübarizənin nəticəsi kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə fəxr edir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına böyük təsir göstərmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarını və Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə dediyi "Azərbaycan dünyaya Günəş kimi doğacaq" müdrik kəlamı özünün əyani ifadəsini tapmışdır. Müstəqillik yolları ilə inamla irəliləyən Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilib, dünya xəritəsində özünün layiqli yerini tuta bilib.

Diqər xəbərlər